"Qarabağ"ın legioneri yeni müqavilə imzalamayıb - HARA GEDİR?

"Qarabağ"ın legioneri yeni müqavilə imzalamayıb  - HARA GEDİR?
15:07 6 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Miçel Madera “Qarabağ”ı tərk edə bilər. Fanat.Az-a kluba yaxın mənbədən verilən məlumata görə, Ağdam klubunun önəmli fiqurlarından sayılan yarımmüdafiəçinin klubuyla olan müqaviləsinin müddəti gələn ay başa çatır.

Bölgə təmsilçisi hazırda futbolçunun agentiylə danışıqlar aparır. Danışıqların müsbət nəticələnmək ehtimalı 50 faizdi. Belə ki, ispan legioner başqa klublardan da sərfəli təkliflər alıb. Onlardan biri Azərbaycan, digəri Polşa təmsilçisidi. Miçel əməkhaqqının artırılmasını tələb edəcəyi təqdirdə, “Qarabağ” onu saxlamayacaq.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-legioneri-yeni-muqavil-imzalamayb-t57905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR