ABŞ-ın ən yaşlı Olimpiya çempionu vəfat edib

ABŞ-ın ən yaşlı Olimpiya çempionu vəfat edib
15:07 6 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Üzgüçülük üzrə 1936-cı il Olimpiya Oyunlarının qalibi olmuş amerikalı Adolf Kifer 98 yaşında vəfat edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, ABŞ-da anadan olmuş ən yaşlı Olimpiya çempionu idi.
Sabiq idmançı 99 yaşının tamam olmasına 1 ay qalmış İllinoys ştatındakı evində keçinib.
Qeyd edək ki, Çikaqoda dünyaya gəlmiş A.Kifer Berlində keçirilən Oyunlarda 100 metr məsafəyə arxası üzrə üzməkdə qalib gəlib. O, finalda 1 dəqiqə 5,9 saniyəlik nəticə göstərərək olimpiya rekordçusu olub və bu rekord 20 il davam edib. A.Kifer qızıl medalı 18 yaşında qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/abs-in-en-yasli-olimpiya-cempionu-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR