Efiopiyanın birinci xanımı: "Azərbaycan təhsil sahəsinə böyük diqqət ayırır"

Efiopiyanın birinci xanımı: "Azərbaycan təhsil sahəsinə böyük diqqət ayırır"
15:27 6 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan təhsil sahəsinə, xüsusilə qızların təhsil almasına böyük diqqət ayırır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Efiopiyanın birinci xanımı Roman Tesfaye deyib.

O, Azərbaycanda belə tarixi forumda iştirak etdiyinə görə çox sevinclidir: "Təhsil Azərbaycanın böyük diqqət ayırdığı sahədir. Və tərifəlayiqdir ki, burada qadınlar üçün yaxşı imkanlar mövcuddur. Bu da gələcək həyat üçün çox mühümdür"

Birinci xanımın sözlərinə görə, təəssüf ki, bir çox mədəniyyətlərdə qadınların təhsil hüququna təmin olunmur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/542298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR