"Qalatasaray"dan Hakan bombası

"Qalatasaray"dan Hakan bombası
15:27 6 May 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" klubu Hakan Çalhanoğlunu icarəyə götürmək üçün "Bayer"lə müraciət edəcək.


Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FIFA tərəfindən Çalhanoğluna qoyulan 4 aylıq qadağadan "Qalatasaray" faydalanmaq istəyir. Belə ki, klub yaxın günlərdə alman klubu ilə danışıqlara başlayacaq.


Qeyd edək ki, futbolçu "Əgər Tükiyədə oynasam, bu, ancaq Qalatasaray klubu olar" fikrini səsləndirmişdi.


Məşhur futbolçu ilə "Çelsi" başda olmaqla, bir çox Avropa klubu maraqlanırdı, lakin cəzadan sonra bu maraq azalıb və "Qalatasaray" bu fürsətdən istifadə etmək istəyir. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotdan-hakan-bombas-t57908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR