ABŞ-ın Olimpiya çempionu vəfat etdi

ABŞ-ın Olimpiya çempionu vəfat etdi
15:32 6 May 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Üzgüçülük üzrə 1936-cı il Olimpiya Oyunlarının qalibi olmuş amerikalı Adolf Kifer 98 yaşında vəfat edib.

Milli.Az report.az-a istinadən bildirir ki, o, ABŞ-da anadan olmuş ən yaşlı Olimpiya çempionu idi.
Sabiq idmançı 99 yaşının tamam olmasına 1 ay qalmış İllinoys ştatındakı evində keçinib.

Qeyd edək ki, Çikaqoda dünyaya gəlmiş A.Kifer Berlində keçirilən Oyunlarda 100 metr məsafəyə arxası üzrə üzməkdə qalib gəlib. O, finalda 1 dəqiqə 5,9 saniyəlik nəticə göstərərək olimpiya rekordçusu olub və bu rekord 20 il davam edib. A.Kifer qızıl medalı 18 yaşında qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR