NATO-nun “anti-Putin planı”: II “Barbarossa” əməliyyatı HAZIRLANDI

NATO-nun “anti-Putin planı”: II “Barbarossa” əməliyyatı HAZIRLANDI
15:43 6 May 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya ilə hərbi qarşıdurma halında Avropada aktivləşdirilməsi lazım olan əlavə resursların son qiymətləndirilməsi aparılıb.

Publika.az İtaliyanıpn “Il Giornale” nəşrinə istinadən xəbər verir ki, əlavə olaraq 21 briqada lazım olacaq.

Nəşr yazır ki, ABŞ-ın Avropadakı quru qoşunları və ya qısaca USAREUR Avropada strateji yerlərin kəşfiyyatı prosesini yekunlaşdırıb. USAREUR NATO-nun şərq sərhədi boyu genişlənmə üçün yeddi batalyon əsasında yeni zirehli tank briqadasının ayrılması üçün Pentaqona rəsmi sorğunu hazırlayır.

Ötən həftələrdə Pentaqon ABŞ Avropadakı qoşunlarının komandanlığından əlavə resursların qiymətləndirməsini həyata keçirməyi tələb edib. Əlavə resurslar Rusiya ilə münaqişə halında aktivləşdirmə üçün lazım olacaq. Qitənin “ağırlıq mərkəzi” adlandırılan Polşa “Rusiyanın təcavüzkar davranışı qarşısında Şərqi Avropanın təhlükəsizliyinin təmin olunması üçün qoşunların genişləndirilməsi strategiyaları”nda qabaqcıl rolu oynayır.

Polşa irəlidəki müşahidənin mərkəzi kimi xidmət edir. Burada briqadanın Amerika komandanlığı və iki batalyonu yerləşir. Onlardan biri zirehli tank, ikincisi isə M109 Paladin özüyeriyən qaubitsaları ilə təchiz edilmiş səhra artilleriyası batalyonudur. Povidza yaxınlığında zirehli texnikanın yeni anbarı qurulmalıdır. Burada iki zirehli tank batalyonunun tamamilə yerləşdirmək mümkün olacaq. 200 milyon dəyərindəki NATO strukturu 2021-ci ildə istifadəyə verilməlidir.

"Atlantika qətiyyəti”nin aktiv nöqtələri

“Qrdunun qabaqcıl anbarları” (Army Prepositioned Stocks) adlı məşhur konsepsiya dünya səviyyəsində mümkün təcili vəziyyətlərin yarandığı dövrdə dünyanın strateji zonalarında hərbi ehtiyatların bölgüsünü nəzərdə tutur. Dörd anbar Belçika, Almaniya və Niderlandda yerləşir. Niderlanddakı anbarı Kerkrade yaxınlığında Eygelshoven keçmiş hərbi bazasındadır. Baza 1985-ci ildə Amerika ordusunun köməkçi bazası kimi SSRİ-nin Avropaya mümkün müdaxiləsinə qarşı açılıb və 2006-cı ildə ləğv edilmişdi. Ötən ilin sentyabrda Pentaqon yenidən öz mülkünə yiyələnib. Dörd anbar ABŞ-a ağır texnikanın altı min vahidinin sürətli istifadəsinə zəmanət verir. Hərbi texnikanın daha bir strateji əhəmiyyətli anbarı İtaliyada - Livornoda tikilir.

“Soyuq müharibə” zamanı Birləşmiş Ştatlar tərəfindən istifadə olunmuş Norveç hərbi anbarları ötən illər ərzində yenilənib. Anbarlar ABŞ-dan silah nəqli və başqa strateji daşımaların vacibliyini aradan qaldırır. Anbarlar səfərbərlik üzrə bütün proqramları idarə edən “Blount Aylend” komandanlığının rəhbərliyi altındadır.

Hazırda Polşada olan USAREUR-in nümayəndə heyəti artıq Avropada strateji yerlərin kəşfiyyatını başa çatdırıb. Nümayəndə heyəti Almaniya və Niderlandda logistik şəbəkədə strateji boşluqları müəyyən etmək və Avropaya çatdırılma prosesini sürətləndirmək üçün müxtəlif yerlərə baş çəkib.

RAND və 21 briqadanın son oyunları

Baltikyanı ərazisində yerləşən NATO gücləri Rusiya üçün əhəmiyyətli təhlükə təqdim etmir. RAND korporasiyasının (RAND korporasiyası İkinci Dünya müharibəsindən sonra əvvəlcə hərbi hava qüvvələri proqramının monitorinqi və qiymətləndirilməsi üçün yaradılmış, daha sonra 1950-ci illərdə müstəqil araşdırma mərkəzinə çevrilib – red.) son hərbi oyunları göstərdi ki, əgər Rusiya Baltikyanı ölkələrə hücum edəcəksə, ittifaqın gücləri müvafiq cavab vermək iqtidarında deyil.

Hərbi oyunların nəticələrinə görə, NATO-nun regionda olan mövcud gücləri Tallin və Riqanı 60 saatdan çox saxlaya bilməyəcək. NATO qoşunları hadisələrin inkişafının müxtəlif variantlarında 36 saat içində məğlub olurdular.

RAND korporasiyası yeddi müstəqil briqadanın genişləndirilməsini məsləhət görür. Onlardan üçü ağır silahlara malikdirlər və artilleriya isə aviasiya gücləri tərəfindən dəstəklənirlər. Effektiv olmaq üçün, briqadalar artıq Avropada qalmağa məcburdur. Ən azı 50 taktik batalyonu Rusiyanın əsas güclərini dayandırmağa ehtiyac olduğu halda lazımdır.

Bu, hər şey deyil. RAND korporasiyası hesab edir ki, Avropanın möhkəmləndirilməsindən sonra qələbə qazanmaq lazım gələcək.

Beləliklə, əks-hücum üçün daha 14 müstəqil briqadaya ehtiyac olacaq. Hesab edilir ki, bu güclər uduzulmuş əraziləri geri almaq və rusları onların start mövqelərinə tullamaq üçün kifayət qədər olacaq.

Baltikyanı ölkələr üçün üç briqada hazırlayan NATO-nun mövcud strategiyası absurd taktikdir və faydasızdır. Baltikyanı ölkələrinin real müdafiəsinə hesablanmış minimal proqram üçü zirehli olmaqla yeddi briqadanı tələb edir. 14 köməkçi briqada isə əks-hücum və Rusiya güclərinin atılması üçün lazım olacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR