Bülənt Arınçın keçmiş ortağı FETÖ ilə əlaqədar həbs edilib

Bülənt Arınçın keçmiş ortağı FETÖ ilə əlaqədar həbs edilib
15:47 6 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Türkiyə baş nazirinin keçmiş müavini, ölkə parlametinin sabiq sədri Bülənt Arınçın keçmiş ortağı barəsində həbs qətiimkan tədbiri seçilib.
“Report” Haber7-yə istinadən xəbər verir ki, o, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar həbs olunub.
Bir neçə gün əvvəl Türkiyənin Ankara, Manisa və İzmir bölgələrində FETÖ-ya qarşı keçirilən əməliyyat nəticəsində 13 vəkil tutulmuşdu. Mayın 6-da onların 6-sı zaminə buraxılıb. Bülənt Arınçın keçmiş ortağı B.Y. də daxil olmaqla 7 vəkil barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bulent-arincin-kecmis-ortagi-feto-ile-elaqedar-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR