Qaxın iki kəndi sel altında qaldı - GÖRÜNTÜLƏR

Qaxın iki kəndi sel altında qaldı -  GÖRÜNTÜLƏR
15:49 6 May 2017
149 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 5-dən 6-na keçən gecə Qax rayonun Cüdüllü və Marsan kəndlərinin inzibati ərazilərinə və yaxınlıqdakı dağ ətəyi ərazilərə leysan yağıb.
 
APA TV-nin yerli bürosunun məlumatına görə, leysan yağışı nəticəsində yaranan sel suları Cüdüllü və Marsan kəndlərində fərdi yaşayış evlərinin zirzəmilərinə və həyətyanı sahələrinə dolub. Kənd sakinlərinin şəxsi təsərrüfatlarına ciddi ziyan dəyib, bir çox sakinlərin ev quşları sel suları altında qalaraq tələf olub.
 
Kənddaxili yollar sel suları altında qalıb, bir sıra yerlərdə sel suları daşdan olan yol hasarlarını uçurub.
 
Hazırda Qax rayon Fövqəladə Hallar Komissiyasının və yerli nümayəndəliyin əməkdaşları kəndlərdə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR