Azərbaycanlı jurnalistin ölümünün ürək dağlayan TƏFƏRRÜATLARI - VİDEO - FOTO

Azərbaycanlı jurnalistin ölümünün ürək dağlayan TƏFƏRRÜATLARI - VİDEO - FOTO
15:57 6 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, ARB TV-nin "Yolun sonu" verilişində bu dəfə vəfat edən peşəkar jurnalist İlqar Qulusoylunun hekayəsindən bəhs edilib.

Gülnar Hacıyeva (dostu): "Bura gəlməmişdən öncə "Facebook"da status yazdım ki, İlqar, sənin haqqında danışmağa gedirəm, nə deyim? Dostları yazdı ki, şikayət elə. Şikayət elə de ki, bizi atıb getdin. Onun duzlu-məzəli söhbətləri məni həmişə cəlb edirdi. İlqarın qadın dostu çox idi. Onu son dəfə görən mən oldum".

Fəxrəddin Quliyev (atası): "İlqar haqda danışmaq mənə çox ağırdır. Bir tərəfdən bu ağırdır, digər tərəfdən də qürurvericidir. Uşaqlıqdan çox qeyri-adi uşaq olub. Orta məktəbdən tutmuş bu vaxta kimi fərqli uşaq olub. İdmanla da məşğul olurdu. Şeirlər kitabı çıxdı. Vəfat edəndə isə toydaydım. Bizə xəbər elədilər".

Sevda Quliyeva (anası): "Birimizə bir şey olan kimi sakit dururdu, pis olurdu. Çox dəcəl uşaq idi, sakit duranda digər uşaqlardan fərqlənirdi. Elin-obanın, ailənin sevimlisi idi. 6 yaşında artıq oxuya bilirdi. Müəllimi bütün məktəbi, sinifləri gəzdirib, nümunə göstərirdi. Elə bilirdim ki, bu qədər qohumun içində İlqarı tək mən çox istəyirəm. Sonra gördüm ki, hamı çox istəyir. Şeirlər yazırdı, inanmırdıq ki, özü yazır. Sonradan bizə aid də yazanda inandıq ki, özü yazır. İlqarın komada olduğunu dedilər. Səhərə qədər yata bilmədim, dua elədim. Öldüyünü qəbullana bilmirəm".

Orxan Quliyev (qardaşı): "O, həyatda bizə çox köməklik göstərib. Öz bilgiləri ilə bizi məlumatlandırırdı. Çox istedadlı biri idi. Özü idmançı idi. Dərəcələri var idi".

Elnur Niftəliyev (iş yoldaşı): "İkimiz də birlikdə işə başladıq. 10 il birlikdə işlədik. Acılı, şirinli xatirələrimiz oldu. Təzə telefon almışdım, dedi ki, şəklimi çək. Əli ilə sağollaşan formada şəklin çəkdim. Baxıb dedi ki, elə olsun ki, sabah ölüb eləsəm, "Facebook"da bunu paylaşarsan". 

Emin Tanrıverdiyev (dostu): "Çox sədaqətli dost idi. Mənə deyirdi ki, kaş ki səni daha əvvəl tanıyardım. Elə gün olmurdu ki, onunla danışmayaq. Oyun başlayandan 10 dəqiqə keçmişdi ki, İlqar oturdu yerə. Bu kimi halı bir neçə dəfə yaşamışdı, biz də oynamamasını demişdik. O, bildirmişdi ki, təziyiqi düşdüyü üçün belə olur. Bu dəfə də su çilədik, olmadı. Təcili yardım gəldi, dedi ki keçinib".

Rəfiqə Qulusoy (həyat yoldaşı): "Mənə dedi ki, sizinlə ailə qurmaq istəyirəm. Razılaşmadım. Sonra anası zəng elədi ki, oğlum səni istəyir. Xasiyyəti çox yaxşı idi. Çox vaxtını uşaqları ilə keçirtməyə çalışırdı. Təkcə allergiyası var idi. Başqa problemi yox idi. Həmin çox tələsik gəldi. Heç vaxt belə tələsməmişdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı jurnalistin ölümünün ürək dağlayan TƏFƏRRÜATLARI


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR