Son 4 gündə 12 nəfər öldürülüb

Meksikada narkotik şəbəkələr arasında son 4 gündə baş verən qarşıdurmalarda 12 nəfər öldürülüb.

Metbuat.az bildirir ki, ölkənin Tamaulipas ştatının Reynosa şəhərində iki müxtəlif qruplaşma arasında baş tutan qarşıdurmada 5 nəfər həyatını itirib. Həmin şəhərdə digər oxşar hadisə zamanı isə 7 nəfər ölüb.

Təhlükəsizlik qüvvələri ABŞ-a keçirilməsi planlaşdırılan külli miqdarda narkotik maddəni müsadirə edib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR