Kim bu məkanlara getmək istəməz? - Lüt gözəlçələr, istədiyin hər şey, yüksək xidmət və... - FOTOLAR

Kim bu məkanlara getmək istəməz? - Lüt gözəlçələr, istədiyin hər şey, yüksək xidmət və...  - FOTOLAR
16:08 6 May 2017
158 Digər
Ölkə mətbuatı
A- A+

Restoran sahibləri daha çox müştəri cəlb etmək üçün zaman-zaman müxtəlif üsullara əl atır.

Publika.az-ın təqdim edəcəyi bu yazıda isə dünyanın ən qəribə restoranlarından bəhs edilir. Onların müştəri cəlb etmək üçün etdiklərini maraqlı, hətta qeyri-adi də hesab etmək olar.

Çində Yanq Jia Hot Pot adlı restoran sahibi mini ətək geyinən qadınlara 90 faiz endirim edir. Bununla da həm qadın, həm də kişiləri restoranına cəlb edə bilir. Restoran işçiləri girişdəcə gələn qadınların ətəklərini ölçür. Əgər ətəklə diz arasındakı məsafə 8 sm-dirsə, 20, 33 sm-ə qədərdirsə, 90 faizə qədər endirim tətbiq edilir.

Çindəki başqa bir restoranda isə ofisinatlar çimərlik geyimində xidmət göstərir. Bununla da dünyanın müxtəlif yerlərindən müştəri cəlb edə bilir. Hətta müşrətilər qarson qızlarla şəkil çəkdirmək üçün yarışa girir.

Tayvanda isə yeni açılan fəst-fud restoranında seksual ofisiant qızlar xidmət göstərir. Bu qızlar sayəsində restoranda müştəri sayı birdən-birə rekord həddə çatıb. Restoran sahibi deyir ki, müştərilərin yeməkləri bitsə də, getmək istəmir, hətta ard-arda sifariş verirlər.

“Bəzən maşınla sifariş verməyə gəlirlər. Həyat yoldaşları maşında gözləyir. Onların gəlmədiyini görüb restorana daxil olan qadınlarla kişilər arasında dava düşür”, - deyə restoran sahibi bildirib. 20 yaşlı qızların işlədiyi bu restoranda ən çox kabab satılır.

İngiltərədə ilk çılpaq restoran Londonda iyunda açılacaq. İndidən restoran müştərilərinin sayı 10 mini keçib. Hind dilində “təbii” mənasını verən “Bunyadi” adlı restoran 3 ay fəaliyyət göstərəcək. Burada insanları dünyanın tək bir qitədən ibarət olduğu, mobil telefon, lampa, hətta geyimin belə olmadığı sirli dünyaya aparacağını vəd edirlər. Burada bir nəfərlik yeməyin qiyməti 60 sterlinq olacaq. Restoranda soyunma kabinetləri də faəliyyət göstərəcək. Soyunmaq istəməyənlər üçün ayrıca kabinlər də mövcuddur.

“Tvin Peaks” adlı restoranda isə mini ətəkli qadınlar xidmət göstərir. Restoranın sahibi Randi Devitt müştərilərə yüksək xidmət göstərdiklərini deyir. Restoranın veb-saytında “Tvin Peaks sizing üçün, çünki siz kişisiniz” deyə yazılır. ABŞ-ın bir çox bölgələrində şöbələri olan restoranın sayının artımı gözlənilir.

18 yaşdan balacalar girə bilməz, Kamera və toxunmaq qadağandır, yalnız nağd pul qəbul edilir” ABŞ-ın Maine küçəsində “The Grand View Topless Coffee Shop” adlı kafeninin girişində belə yazılıb. Burada kofe çılpaq ofisiantlar tərəfindən təqdim edilir. Lakin civardakı sakinlərin şikayəti səbəbindən kafenin bağlanması gözlənilir.

Dubayda Burc Xəlifə göydələninin 122 mərtəbəsində, yerdən 422 metr yüksəklikdə olan restoran dünyanın ən yüksək restoranı adını əldə edib.

Yataq otağı formasında “Duvet” adlı restoran Nyu-Yorkda yerləşir. Stollar əvəzində hər tərəf ağ örtüklər və yataqla bəzənib.

Berlində dünyanın ən dağınıq restoranı olan The Pale Blue Door”(Soyuq mavi qapı) qısa zamanda diqqət çəkə bilib. Görüntüsü nə qədər pis olsa da, restoranda gigiyena qaydalarına əməl edilir.

Almaniyanın Nurenberg bğlgəsindəki"-s Baggers" restoranda ofisiant yoxdur. Müştərilər sifarişlərini qarşılarındakı ekrana toxunmaqla sifariş edir.

Almaniyadakı qeyri-adi restoranlardan biri isə gözdən qüsurlu şəxslər üçün nəzərdə tutulub. Qaranlıq restoranlar kimi tanınan bu məkanda ofisiantlar gecə eynəkləri ilə gəzir.

Dubaydakı məşhur restoranlardan biri də su altında yerləşir. İnsanlar bəzən yemək yemək üçün yox, sadəcə atmosferi görmək üçün ora gedir. Bir nəfər üçün ödəniş 250 dollardır.

Belçikada isə yerdən 55 metr yüksəklikdə havada restoran fəaliyyət göstərir. Xüsusi, texnika vasitəsilə yemək masası göyə qaldırılır. Bir dəfəyə 22 nəfər yemək yeyə bilir.

Beyrut “Silah və çörək” adlı restoranda əsgərlər xidmət göstərir. Restoranda “terrorist” adlı yemək də var.

Tayvandakı “Modern tualet” adlı restoranda menyu qədər dekor da diqqət çəkir. Restorandakı 100 oturacağın hamısı unitazdır.

Ukraynadakı Eterniti adlı restoranda isə mövzu ölümdür.Restoranın girişində 20 metr uzunluğunda tabut var. Restoranda “9 gün”, “40 gün” adlı salatlar verilir. Ən populyar yemək isə “cənnətdə görüşərik”dir.

Yaponiyada göydələnin üstündə yerləşən lüks restoranın qiymətləri də yüksəkdir. Bu ölkədəki digər qeyri-adi restoran isə ağac üzərindədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR