Bakıda partlamamış döyüş sursatı aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

Metbuat.az bildirir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib. Məlum olub ki, bunlar, döyüş tətbiqinə yararlı olan, 4 ədəd F1 markalı əl qumbarası və 32 ədəd müxtəlif növ patrondur. Sursatlar xüsusi ayrılmış ərazidə zərərsizləşdirilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 13:59-da başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR