Azərbaycanın şərabçılıq müəssisənin səhmdarlarının yığıncağı keçiriləcək

Azərbaycanın şərabçılıq müəssisənin səhmdarlarının yığıncağı keçiriləcək
16:42 6 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ İyunun 21-də, saat 11:00-da “Şamaxı Şərab-2” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, 3097-ci məhəllədə yerləşən inzibati binasında olacaq. Yığıncağın gündəliyinə müəssisənin illik balansının, mənfəət və zərər hesabatlarının təsdiq olunması məsələsi daxildir.
Xatırladaq ki, “Şamaxı Şərab-2” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1650308 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanin-serabciliq-muessisenin-sehmdarlarinin-yigincagi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR