Bakıda ağır cinayət

Bakıda qardaş bacısını qətlə yetirib.

Metbuat.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 5-də Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Anar Məsimov evində münaqişə zəminində bacısı Nigarı bıçaqla qətlə yetirib. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Məsimov tutulub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR