Bakıda iki azyaşlı liftin şaxtasına düşdü

Bakıda iki azyaşlı liftin şaxtasına düşdü
17:22 6 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda liftin şaxtasına düşən iki azyaşlı xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda iki azyaşlının liftin şaxtasına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şaxtaya düşmüş uşaqları xilas edərək aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 15:26-da başa çatıb


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2750993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR