Afrika Gimnastika İttifaqının prezidenti: "İslamiadanın Bakıda keçirilməsi bu oyunlara yeni impuls verir"

Afrika Gimnastika İttifaqının prezidenti: "İslamiadanın Bakıda keçirilməsi bu oyunlara yeni impuls verir"
17:27 6 May 2017
28 İdman
Ölkə mətbuatı
A- A+

"İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi bu oyunlara yeni impuls verir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Afrika Gimnastika İttifaqının prezidenti Ali Zaater Beynəlxalq Gimnastika Federasiyasının Bakıda keçirilən İllik Müşavirəsi çərçivəsində deyib: "İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi bu yarışların əhəmiyyətini və populyarlığını artırır".

A.Zaater qeyd edib ki, Azərbaycan gimnastikanın inkişafı üçün çox işlər görür, gimnastika və digər idman növləri üzrə müxtəlif yarışları uğurla təşkil edir: "Azərbaycan bütün idman növlərinin inkişafı istiqamətində göstərdiyi cəhdlərə görə dünyada yaxşı tanınır. Belə ki, Azərbaycan İlk Avropa Oyunlarını keçirdi. İndi isə İslam Həmrəyliyi Oyunlarını keçirməklə idmanın inkişafına öz böyük töhfəsini verir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR