Mingəçevir Ağac Emalı zavodu səhmdarlarına hesabat verəcək

Mingəçevir Ağac Emalı zavodu səhmdarlarına hesabat verəcək
18:02 6 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ İyunun 19-da, saat 14:00-da “Mingəçevir Ağac Emalı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 
"Report" xəbər verir ki. yığıncaq Cəmiyyətin yerləşdiyi Mingəçevir şəhəri, Gəncə şossesi, 8 ünvanında olacaq. 
Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə balansının təsdiq edilməsi və digər məsələlər daxildir. 
Xatırladaq ki, “Mingəçevir Ağac Emalı” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 49 420 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/mingecevir-agac-emali-zavodu-sehmdarlarina-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR