İnstagramın ulduzu, "rəqs edən milyonçu"nun Bakı GÖRÜNTÜLƏRİ

İnstagramın ulduzu, "rəqs edən milyonçu"nun Bakı GÖRÜNTÜLƏRİ
18:09 6 May 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

 

 İnstagramda "rəqs edən milyonçu" kimi məşhurlaşmış, 9 milyondan çox izləyicisi olan Canluka Vakki Bakı Şopinq Festivalının qonağıdır.

 

Lent.az-ın vesti.az-a istinadən məlumatına görə,  Canluka Vakki bu gün keçirilən mətbuat konfransında Bakıda olmaqdan məmnunluğunu ifadə edib.

 

Qonaq deyib ki, Bakıda bu cür qarşılanmağı gözləmirmiş: “Azərbaycanlılar çox qonaqpərvərdilər, Bakı isə inanılmaz qəşəngdir. İçərişəhərdə oldum, orda çoxlu maraqlı şeylər gördüm. Qəşəng kilimləriniz və milli papaqlarınız daha çox diqqətimi çəkdi”.

 

C.Vakki hər kəsi konsertinə dəvət edib: “ Mən özümü ulduz hesab etmirəm. Qeyd edirəm ki, sadə insanların sayəsində məşhurlaşdım. Bütün yeniliklərə hər zaman açığam. Həyatımı gözəl yaşamaq istəyirəm, Biznesim var, amma istəyirəm vaxtımı ünsiyyət və yeni biliklər, bacarıqlar əldə etmək üçün sərf edim”.

 

C.Vakki deyir ki, xoşuna gəlsə əgər Azərbaycan musiqinin sədaları altında da oynayar.

 

Qeyd edək ki, C.Vakki bu gün Elektra Hall da DJ kimi çıxış edəcək.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR