Bu adamın çəkisi 600 kiloqramdır

Bu adamın çəkisi 600 kiloqramdır
18:37 6 May 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən kök adamı mayın 9-da mədəsinin şuntlanması üzrə əməliyyat olunacaq. 600 kiloqram çəkisi olan 32 yaşlı meksikalı Juan Pedro Franko artıq 7 ildir ki, yatağından qalxa bilmir. O, Qvadalaxara şəhərindəki klinikaya xüsusi furqonla gətirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkimlər əməliyyatdan sonra Juan Pedro Frankonun çəkisinin azı iki dəfə azalacağına ümid edirlər. O, cərrahi müdaxiləyə hazırlıq zamanı 3 ay sərt pəhriz saxlayaraq 175 kiloqram arıqlayıb.

Meksikalı hələ uşaq vaxtından kökəlməyə başlayıb. Artıq 6 yaşında çəkisi 60 kiloqrama çatan Juan Pedro avtomobil qəzası və ağır pnevmoniyadan sonra bir il yataq xəstəsi olub. Bu müddətdə onun çəkisi 220 kiloqrama çatıb. Ötən il xəstəliklərinin üzərinə diabet də gəlib.

Juan Pedro həkimlərin onu normal həyata qaytaracağına və yenidən rəqs edəcəyinə, həmçinin sükan arxasında oturacağına inanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR