Şagird və müəllimləri aparan avtobus qəzaya uğradı

Tanzaniyada şagirdləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 34 nəfər həyatını itirib.

Metbuat.az bildirir ki, hadisə Aruşa şəhərində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus dərəyə aşıb.

Həyatını itirənlərin əksəriyyəti məktəblilər və müəllimlərdir. Ölənlərin şəxsiyyətinin müəyyənləşməsi istiqamətində tədbirlər davam etdirilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR