Azərbaycan Olimpiya oyunlarının keçirilməsinə hazırdır - FIG Şurasının üzvü (FOTO)

Azərbaycan Olimpiya oyunlarının keçirilməsinə hazırdır - FIG Şurasının üzvü (FOTO)
19:08 6 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

"Düşünürəm ki, Azərbaycan Olimpiya oyunlarının keçirilməsinə hazırdır". Bunu Trend-ə Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şurasının iclasında iştirak edən Şuranın üzvü Lampropolou Atanasoula deyib.

"Azərbaycan gimnastika sahəsində və ümumiyyətlə idman sahəsində səmərəli iş görür. Sizdə bütün lazım olar idman qurğuları və böyük maliyyə dəstəyi var. Azərbaycanda çox güclü məşqçilər və gimnastlar var", - deyə xanım Atanasoula qeyd edib.

O həmçinin Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini gözləyir.

Bolqarıstanın Batut Federasiyasının prezidenti Stoyan Dimitrov öz növbəsində Azərbaycan Gimnastika Federasiyasını FIG Şurasının yüksək səviyyədə keçirilməsi münasibəti ilə təbrik edib.

Dimitrov bildirib ki, Azərbaycan idman sahəsində böyük uğurlar qazanır.

O, həmçinin Azərbaycanda idmanın inkişafında dövlətin dəstəyini vurğulayıb: "Mən əminəm ki, ölkəniz gələcəkdə də idman sahəsində böyük uğurlara imza atacaq".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2751003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR