Tanış olun: Gelandewagen-in yeni versiyaları - FOTO

Tanış olun: Gelandewagen-in yeni versiyaları - FOTO
20:27 6 May 2017
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şirkət iki yeni versiyada G-Class yolsuzluq avtomobilləri təklif etdi. Avropa dilerləri artıq sifariş qəbul etməyə başlayıblar. Şirkətin press-relizde verdiyi məlumata gore, G-Class avtomobilləri "designo manufaktur edition" və "exclusive edition" adı almış versiyalarda əlverişli olacaq. Yeniliklərin qiyməti 100 000 avrodan başlayır.

Milli.Az auto.az-a istinadən bildirir ki, Designo Manufaktur Edition versiyası Mercedes-Benz G 350 d və Mercedes-Benz G 500 modifikasiyaları üçün təklif olunacaq. Bu modifikasiyalı avtomobillər üç rəngdə təklif olunacaq - "mistik ağ", "maqmatik qırmızı" və "qara obsidian".

Designo Manufaktur Edition versiyalı avtomobilin salonunun bəzəyində dəlikli dəri, velür xalılar, qırmızı təhlükəsizlik kəmərləri və eyni rəngli pedal astarları, əlavə xromlaşdırılmış qoymalar, həmçinin gücləşdirilmiş kontur dəstəyi olan oturacaqlardan istifadə olunub.

Exclusive Edition yalnız yolsuzluq avtomobilləri Mercedes-AMG G 63 və Mercedes-AMG G 65-in AMG versiyaları üçün əlverişli olacaq. Belə avtomobillər qabaq bamperin altında paslanmayan poladdan orijinal qoyma, 21 düymlük təkər diskləri, qapıların aşağısında AMG zolaqları və banın tutqun rəngini əldə edəcəklər. Yeni versiya "yüklənmiş" yolsuzluq avtomobillərinin qiyməti 163 125 və 287 658 avro təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR