Salyanda yük maşını yol kənarında dayanan avtomobilə çırpılıb, ata və qızı yaralanıb

Salyanda yük maşını yol kənarında dayanan avtomobilə çırpılıb, ata və qızı yaralanıb
20:32 6 May 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 6 may. REPORT.AZ/ Salyanda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Xaçmaz rayon sakini, 55 yaşlı Bahadır Hacıbaba oğlu Ağayev yolun kənarındakı bazardan alış-veriş etdikdən sonra özünə məxsus “Mersedes” markalı minik avtonobilinə oturub və yoluna davam etmək istəyib. Elə bu zaman yük maşını “Mercedes”ə çırpılıb. Nəticədə “Mersedes”in sürücüsü və salonda olan qızı, 11 yaşlı Gülsarə Bahadır qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra ata və qızı Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-yuk-masini-yol-kenarinda-dayanan-avtomobile-cirpilib-ata-ve-qizi-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR