Arzunun həyata keçməsi üçün oruc tutmaq və salavat demək olarmı?

Arzunun həyata keçməsi üçün oruc tutmaq və salavat demək olarmı?
20:42 6 May 2017
334 Ölkə
Ölkə mətbuatı
A- A+

El arasında buna nəzir deyilir. Allah qarşısında nəzir və ya niyyət qismində verilən sözün imkan daxilində yerinə yetirilməsi nəzirin əsas şərtlərindəndir. Əgər oruc tutacağınıza söz vermisinizsə, bu orucu tutmalısınız.

Milli.Az zikr.az-a istinadən bildirir ki, oruc tutmağa niyyət edən insan orucu tuta bilmədikdə, imkanı varsa kəffarə olaraq nəzir etdiyi günün sayı qədər kasıbların qarnını doyuzdurmalıdır. Yaxud könüllü şəkildə onun əvəzinə kimsə orucu tutmalı və ya kəffarəsini verməlidir. Niyyət edilən orucu tutmaq üçün, işin düzəlməsini gözləmək yox; ilk öncə niyyət olunan nəziri həyata keçirmək və bu cür ibadətlər əsnasında, hansısa bir işin düzəlməsi üçün Uca Allahdan yardım diləmək lazımdır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əvvəl işin düzəlməsini gözləyib sonra edilən nəzirə "paxılın nəziri" demişdir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR