Mercedes yenilənmiş S-Class - FOTO

Mercedes yenilənmiş S-Class - FOTO
20:57 6 May 2017
Ölkə mətbuatı
A- A+

Mercedes-Benz şirkəti təkmilləşdirilmiş sedan S-Class-ı rəsmi olaraq təqdim edib. Alman markasının restaylinq olunmuş, yeni mühərriklər və elektrik köməkçi sistemlər almış flaqman modelinin premyerası Şanxay avtosalonunda keçirilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni S-Class modernləşdirilmiş diodlu fənərlər, qabaq optika, 6- və 8-silindrli mühərrikli versiyalar üçün xüsusi radiator barmaqlığı nəzərdə tutulub. Bu, yalnız V12 variantı üçün təklif edilirdi. Salonda 12,3-düymlük displeyi olan yeni cihazlar paneli peyda olub.

Mercedes-Benz S-Class-ın mühərrik qammasına 1997-ci ildən 6-silindrli aqreqatlar daxil edilib. Onlar əvvəlki V-şəkilli altılıqları əvəz ediblər. Model 3-litrlik dizel mühərriklər (S350d versiyasında 210 a.g. və S340d versiyasında 320 a.g.) alıb.

Bundan əlavə, indi sedanı yeni 4-litrlik benzin V8 mühərriki ilə sifariş etmək olar. O, iki turbinlidir və 470 a.g.-ə malikdir. Beləliklə, S63 AMG modifikasiyasında 612 a.g.-ə qədər gücləndirilmiş mühərrik quraşdırılacaq.

Bu aqreqat 10-pilləli avtomat sürət qutusu ilə birgə çalışır və 5,5-litrlik əvvəlki mühərriki əvəz edib. Təkmilləşdirilmiş Mercedes-AMG S63 yerindən 100 km/saata 3,5 saniyəyə sürətlənir - sələfindən 0,5 saniyə tez. Ən güclü versiya əvvəlki kimi 6-litrlik tvin-turbo V12 ilə təchiz edilir və 630 a.g.-ə malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR