Uşaqları yarım saat olsa da, günəşə çıxarın

Uşaqları yarım saat olsa da, günəşə çıxarın
22:17 6 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bol miqdarda D vitaminin qəbul edilməsi üçün uşaqlar yarım saat olsa da, günəş şüalarını qəbul etməlidirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər lazımı qədər günəş şüası qəbul etməyən uşaqlarda bir sıra xəstəliklərə rast gəlindiyini bildirirlər.
Uşaqların çəki və boy ölçüləri qidalanma tərzinə görə fərqli ola bilər, ancaq yaz və yay aylarında bir qədər yumşaq, asan həzm edilən qidalar istehlak edilməlidir. Maye baxımından zəngin olan qidalar istehlak edilməlidir. Çünki qızmar istilərlə yanaşı, tərləmə, tərləməylə birlikdə də maye itkisi artdığıı üçün bunun yerini doldurmaq lazımdır.
Saatlarla günəş altında qalmaqdan qorunmaq lazım olduğu qədər, orqanizmin günəşə də ehtiyacı var. Heç günəşə çıxmayan uşaqlarda D vitamininin çatışmazlığı nəticəsində müşahidə edilən Raxit kimi tanınan ciddi bir xəstəlik yarana bilər. Uşağın yaşı günəşdə qalma müddəti düz mütənasib olmalıdır. Yaş nə qədər kiçik olsa, o qədər az günəşdə saxlanılmalı və günün daha erkən saatlarında günəşə çıxarmalıdır.
4-5 yaş arasındakı uşaqlar günəşə çıxarılacaqsa, geyimləri də günəşə uyğun və papaqlı olmalıdır. Qolları və ayaqları qısa geyimlərlə yarım saat günəşdə dayanmaq lazım olan vitaminin qəbul edilməsi üçün idealdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR