"Ərim məndən 5 yaş balacadır" - aktrisa Xuraman

"Ərim məndən 5 yaş balacadır" - aktrisa  Xuraman
22:17 6 May 2017
616 Şou
Ölkə mətbuatı
A- A+

"Oğlumun adı Sabah Əlidir. On aylıqdır, amma balacadır, zəif uşaqdır. Hamı təəccüblənir ki, bu köklükdə ananın belə zəif uşağı olub".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Lider maqazin"ə açıqlamasında deyib.

Aktrisa həyat yoldaşından danışaraq, xoşbəxt olduğunu söyləyib:

"Valideynlərim, həyat yoldaşım var. Məni sevir, qayğıma qalır. Çəkinmədən hər an yanımdadır. Tədbirə mənlə gedirsə, tərləyirəmsə, ətrafdakılara fikir vermədən tərimi silər, əlimdən tutar. Mənim şirin dilim olmasaydı, çoxdan boşayardı. Mənə "Xurma" deyir. Xuraman deyəndə, bilirəm ki, əsəbidir. O məni qısqanmır. Mən qısqanıram, eqoistəm. Özümə daha çox diqqət istəyirəm. Həyat yoldaşım 2005-ci ildə çəkildiyim "Toy" tamaşasında mənə vurulub. Hər ikimizin ikinci ailəsidir. Yoldaşımla aramda beş yaş fərq var. Bir balaca qınaqlardan çəkinirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/542366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR