Volkswagen-dən böyük hibrid sedan - VİDEO - FOTO

Volkswagen-dən böyük hibrid sedan - VİDEO - FOTO
22:27 6 May 2017
Ölkə mətbuatı
A- A+

Şanxay avtoşousunda, çin bazarında Phaeton modelinin sələfi olan flaqman Volkswagen Phideon-un yeni versiyası debüt etdi. Bu PHEV-in xarici şəbəkədən yüklənmə imkanı olan hibrid modifikasiyasıdır.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeniliyi adi Phideon-dan xüsusi dizaynlı təkər diskləri və qabaq bamperə inteqrasiya olunmuş C-şəkilli diodlu işıqlarla (Golf GTE kimi), həmçinin GTE isimlikləri ilə fərqləndirmək olar.

Sedanın hibrid güc qurğusunun tərkibinə ikilitrlik benzin "turbodördlüyü", bir elektrik mühərriki və batareya dəsti daxildir. Bəyan edilmiş yanacaq sərfi 100 km gedişə 2,3 litrdir. Bununla belə, bir bakla maksimal hərəkət ehtiyatı 850 km-ə bərabərdir.

Sürücü biri sırf elektrik dartı qüvvəsi ilə hərəkət olan üç rejimin arasından seçə bilər. Batareyaları xarici şəbəkədən təqribən iki saata yükləmək mümkündür. Hibrid sedanın təchizatına audio sistem, proyeksiya displeyi və 9,2 düymlük ekranı olan multimediya kompleksi daxil olacaq. Quraşdırma Volkswagen və SAIC-in  birgə şirkətində aparılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Volkswagen-dən böyük hibrid sedan


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR