Yaşamaq üçün ən yaxşı şəhər seçildi

Yaşamaq üçün ən yaxşı şəhər seçildi
22:32 6 May 2017
Ölkə mətbuatı
A- A+

Yeni Zelandiyanın Vellinqton şəhəri "Döyç Bank" analitiklərinin versiyasına görə, dünyanın ən yaşamalı şəhəridir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ekspertlər müxtəlif ölkələrin şəhərlərini yaşayış minimumu, havanın çirklənmə səviyyəsi, iqlim, daşınmaz əmlakın qiyməti, cinayətkarlığın və səhiyyənin vəziyyəti üzrə qiymətləndiriblər.

İkinci yerdə Şotlandiyanın paytaxtı Edinburq dayanır. İlk üçlüyü Avstriyanın paytaxtı Vyana tamamlayır. Dördüncü yerdə Avstraliyanın Melburn, beşinci yerdə İsveçrənin Sürix şəhəri dayanır.

İlk onluğa Kopenhagen, Ottava, Boston və Amsterdam şəhərləri də daxildir. Onluğun sonuncu şəhəri Sidney olub.

Mart ayında isə "Mercer" beynəlxalq konsaltinq şirkəti dünyanın yaşayış üçün ən pis şəhərinin Bağdad, ən yaxşı şəhərinin Vyana olduğunu açıqlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR