Nepalda 85 yaşlı alpinist Everesti yenidən fəth edən zaman ölüb

Nepalda 85 yaşlı alpinist Everesti yenidən fəth edən zaman ölüb
22:42 6 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Nepaldan olan qocaman alpinist Min Bahadur Şerxan yenidən Everestə qalxmaq istəyərkən 85 yaşında ürək tutmasından keçinib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, uğur qazanacağı təqdirdə dünyanın ən yüksək zirvəsini fəth etmiş ən yaşlı alpinist olacaqdı.
Şerxan Everestin ətəklərində baza düşərgəsində iqlimləşmə prosesindən keçib. O özünü çox yaxşı hiss edirdi və çətin relyefdə də 14-15 kilometr rahat keçə bilərdi.
Qeyd edək ki, Şerxan 2008-ci ildə Everesti fəth edərək ən yaşlı alpinist olub, lakin 2013-cü ildə onun rekordu 80 yaşlı yapon Yuiçiro Miura tərəfindən yenilənib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/nepalda-85-yasli-alpinist-everesti-yeniden-feth-eden-zaman-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR