"Şaxtyor" klubu 10 qat Ukrayna çempionu olub

"Şaxtyor" klubu 10 qat Ukrayna çempionu olub
22:47 6 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ "Şaxtyor" klubu tarixində 10-cu dəfə Ukrayna çempionu olub. "Report"un məlumatına görə, bu, Premyer Liqada "pley-off" mərhələsinin 6-cı tur matçından sonra müəyyənləşib.
Donetsk təmsilçisi Xarkovdakı "Metallist" stadionunda keçirilmiş görüşdə "Zarya"nı məğlub edib - 3:2. Bununla da xallarını 75-ə çatdıran "Şaxtyor" birinci pillədəki yerini təmin edib. İkinci pillədə gedən Kiyev "Dinamo"su liderdən 17 xal geri qalıb. "Zarya" isə 42 xalla 3-cüdür.
Qeyd edək ki, Ukraynada ən çox çempionluğu "Dinamo" (15 dəfə) qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/saxtyor-klubu-10-qat-ukrayna-cempionu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR