Bənzədiyi orqana faydalı olan qidalar

Bənzədiyi orqana faydalı olan qidalar
22:47 6 May 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Qoz: qozun içindəki ləpənin sərt qabıqla qorunduğu kimi, beynimizin də kəllə sümüyü ilə qorunduğunu heç düşünmüsüz? Qoz beyin funksiyaları üçün çox faydalı olan, yaddaşı gücləndirən bir qidadır və klinik depressiyaya qarşı omeqa-3 yağlarını ehtiva edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, gün ərzində istehlak edəcəyiniz 4 qozla beyin sağlamlığınızı qoruyun.

Pomidor: pomidorun tərkibindəki vitaminlər baxımından ürəyə olduqca faydası vardır. Pomidor tərkibində iştirak edən likopen adlı antioksidant, lif, kalium və C vitamini ilə ciddi mənada ürək sağlamlığına qarşı faydalıdır. Araşdırmalara görə, yüksək antioksidant məzmunuyla qanı təmizlədiyi və damar tutulmalarına qarşı təsirli olduğu isbat edilmişdir. Bu xüsusiyyəti sayəsində də ürəyi yormur və onu qoruyur.

Zəncəfil: Zəncəfil isə ürək bulanması, qusma, mədə pozğunluğu və köp probleminə qarşı rahatlaşdırıcı təsiriylə tanınır. Eyni zamanda qastrit müalicəsində təklif edilən bitkilərin başında zəncəfil gəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR