Azərbaycanda bu da oldu - “Yas pulu” üstündə dava düşdü

Azərbaycanda bu da oldu - “Yas pulu” üstündə dava düşdü
22:48 6 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunun Dəymədağlı kəndində pul üstündə dava düşüb.

Publika.az xəbər verir ki, hadisə yas mərasimi zamanı baş verib. Belə ki, kənddə yaxın qohumunun yas mərasimində pul yığan 1984-cü il təvəllüdlü Əsədov Fikrət Akif oğlu həmkəndlilərinin hücumuna məruz qalıb. Hadisəyə kənd sakini Qəhrəman Kərimovun “yas pulu”ndan oğurluq etmək istəməsi səbəb olub. Bunu görən F.Əsədov Q.Kərimovla mübahisə edib. Daha sonra Q.Kərimovun Yalçın və Bəbir adlı övladları F.Əsədovu kəndin kənarındakı əkin sahəsinə aparıblar və orada ona küt alətlə ağır bədən xəsarətləri yetiriblər.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda Travmatologiya şöbəsində olan F.Əsədovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR