"Səni boşayıram" demək boşanma sayılırmı?

"Səni boşayıram" demək boşanma sayılırmı?
22:52 6 May 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Kişi qadına "səni boşadım" və ya boşamaq niyyəti ilə "ailənin yanına get" kimi sözlər desə, artıq onu boşamış sayılır. Boşanmış qadın başqa kişiyə ərə getmədən iddə müddəti gözləməlidir. İddə müddəti qadının üç dəfə heyz olub qurtarmasını gözləməsinə deyilir.

Milli.Az zikr.az-a istinadən bildirir ki, iddə müddəti bitmədən qadınla kişi arasında yaxınlıq (cinsi əlaqə) olarsa, nikah bərpa olunmuş sayılır. İddə müddəti bitdikdən sonra kişi ilə qadın yenidən evlənə bilərlər. Bu halda yenidən kəbin olmalı, qadının vəlisinin razılığı, şahidlərin iştirakı, qadına mehr verilməsi və digər şərtlər yerinə yetirilməlidir. Qadınla kişi iki dəfə boşanıb evlənə bilərlər. Üçüncü dəfə boşandıqdan sonra yenidən evlənmələri haramdır, yalnız qadın başqa kişiyə ərə gedib boşandıqdan sonra yenidən əvvəlki kişiyə ərə gedə bilər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR