Audi-dən 496-güclü elektrokar - FOTO

Audi-dən 496-güclü elektrokar - FOTO
22:57 6 May 2017
Ölkə mətbuatı
A- A+

Audi şirkəti yeni konseptini - E-Tron Concept Sportback təqdim edib. Dördqapılı SUV-un prototipini bu həftə açılan Şanxay avtosalonunda təqdim ediblər. Alman brendinin ilk elektrokarı gələcəkdə bir sıra yeni texnologiyalar və dizayn elementləri alacaq. O, 2018-ci ildə təqdim ediləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, yenilik MLB platformasında yığılıb. Avtomobilin uzunluğu 4,90 m, eni 1,98 m-dir. Təkər bazası 2,93 metrdir. Prototip diodlu optika və brendin parıldayan emblemini alıb. Konsept, həmçinin enli təkər arkaları və 23-düymlük təkər diskləri ilə təchiz edilib.

Yeniliyin salonunda rəqəmsal cihazlar paneli, 3-milli sükan, yeni informasiya-əyləncə sistemi quraşdırılıb. Yan güzgülər əvəzinə kameralar quraşdırılıb ki, onlardan alınan görüntü xüsusi displeyə ötürülür.

Prototip konstruktiv olaraq 2015-ci ildə Frankfurtda təqdim edilmiş konseptual e-tron quattro-nu təkrarlayır. Avtomobil 4 elektrik mühərriki alıb. E-Tron Concept Sportback-in ümumi gücü 496 a.g.-dür. Avtomobil ilk yüzlüyü 4,5 saniyəyə yığır.

Audi-nin elektrikli krossoveri gələn ildən satışa çıxarılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR