Brokolinin faydaları

Brokolinin faydaları
23:17 6 May 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Xərçəngin düşməni olduğu bilinən brokolinin daha bir faydası tapıldı. İngilis araşdırmaçılar brokolidəki sülforafan maddəsinin beyni qoruduğunu kəşf etdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər bu maddə sayəsində insanların iflicdən və Alzheimer xəstəloyindən qoruna biləcəyini ifadə etdilər.
Digər tərəfdən brokoli idrak funksiyasını inkişaf etdirən və beyin gücünü artıran K vitamini ehtiva edir. Bundan əlavə, zehni qüvvətləndirən və yaddaşı inkişaf etdirmədə əsas rol oynayan B vitaminlərini də özündə saxlayır. Digər bitki mənşəli qaynaqlara görə, yüksək nisbətdə zülal ehtiva edir. Bu xüsusiyyəti sayəsində xora problemi olanlara kömək edir.
İngiltərədə aparılan araşdırma, həmçinin həftədə bir dəfə brokoli istehlak edənlərin mədə və bağırsaq çətinliklərinin azaldığını müəyyən etdi.
 
Brokoli təkcə xərçəng deyil, bir çox ciddi xəstəliyin əngəllənməsini təmin edir. Bu səbəbdən yemək proqramınıza brokolini əlavə etməyi unutmayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR