Yerətrafı orbiti ən çox çirkləndirən ölkə

Yerətrafı orbiti ən çox çirkləndirən ölkə
23:22 6 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ildə Yerətrafı orbitdə kosmik tullantıların sayı təqribən 500 obyekt artıb, bunlardan 298-i ABŞ-a məxsusdur. Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bu barədə NASA-nın rüblük hesabatında deyilir. Hesabatda qeyd edilir ki, 2017-ci il yanvarın 4-dən aprelin 4-dək Yerətrafı orbitdə 471 yeni obyekt peyda olub. Hazırda onların ümumi sayə 18347 ədəd təşkil edir, bunlardan 4434-ü fəaliyyətdə olan və sıradan çıxmış peykdir, 13913-ü raket pillələri, kosmik texnikanın qalıqları və sürətyığan bloklardır. NASA-nın məlumatına görə, ən çox kosmik tullantı Rusiyaya məxsusdur (6501 obyekt, bunun 155-i yenidir). Bu göstərici üzrə ikinci yeri ABŞ tutur (6017 obyekt, bunun 298-i yenidir). Çin ilk üçlüyü tamamlayır. Bu ölkəyə məxsus kosmik tullantıların sayı 3806-dan 3801-dək azalıb. Digər ölkələr Yerətrafı orbitin çirklənməsinə praktiki olaraq təsir etməyiblər. Fransaya 532, Yaponiyaya 256, Hindistana 192, Avropa Kosmik Agentliyinə 134, digər ölkələrə isə 914 obyekt məxsusdur.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR