Bakıda sarı zolağa məhəl qoymayan sürücülər- VİDEO

Bakıda sarı zolağa məhəl qoymayan sürücülər-  VİDEO
23:27 6 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar çəkilən sarı zolaqlarla bağlı qadağaya sürücülər məhəl qoymurlar.

Milli.Az baku.ws-yə istinadən bildirir ki, onlar bunu yolda həddindən artıq tıxacların olması ilə əlaqələndiriblər. Videonu sosial şəbəkədə paylaşan sürücünün özü də qaydanı pozur. Onun sözlərinə görə, qaydanı pozmaq məcburiyyəti qarşısında qalıb. Çünki yolda tıxaclar üzündən, demək olar ki, hərəkət dayanıb.

Qeyd edək ki, ötən gündən etibarən Bakının yollarında çəkilmiş xüsusi zolaqlara icazəsi olmayan nəqliyyat vasitələrinin girişi qadağan edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu zolaqda yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək.

Onun sözlərinə görə, sarı zolağa icazəsiz daxil olan nəqliyyat vasitəsinin sahibi inzibati məsuliyyətə cəlb olunacaq. V.Əsədov bildirib ki, sarı zolaqlarda hərəkəti qadağan edən yol işarələri də qoyulub. Qaydanı pozan sürücülər 40 manat cərimə olunacaq. Bu zolaqlarda hərəkət yalnız idmançıların və oyunlarda iştirakla bağlı qeydiyyatdan keçən digər şəxslərin daşınması üçün nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR