85 yaşlı alpinist Everesti yenidən fəth edəndə öldü

85 yaşlı alpinist Everesti yenidən fəth edəndə öldü
23:27 6 May 2017
Ölkə mətbuatı
A- A+

Nepaldan olan qocaman alpinist Min Bahadur Şerxan yenidən Everestə qalxmaq istəyərkən 85 yaşında ürək tutmasından keçinib.

Milli.Az "Report"a istinadən bildirir ki,o, uğur qazanacağı təqdirdə, dünyanın ən yüksək zirvəsini fəth etmiş ən yaşlı alpinist olacaqdı.

Şerxan Everestin ətəklərində baza düşərgəsində iqlimləşmə prosesindən keçib. O, özünü çox yaxşı hiss edirdi və çətin relyefdə də 14-15 kilometr rahat keçə bilərdi.

Qeyd edək ki, Şerxan 2008-ci ildə Everesti fəth edərək ən yaşlı alpinist olub, lakin 2013-cü ildə onun rekordu 80 yaşlı yapon Yuiçiro Miura tərəfindən yenilənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR