Ukrayna futbolunun ən güclüsü məlum oldu

Ukrayna futbolunun ən güclüsü məlum oldu
23:53 6 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

"Şaxtyor" klubu tarixində 10-cu dəfə Ukrayna çempionu olub.

Publika.az xəbər verir ki, bu, Premyer Liqada "pley-off" mərhələsinin 6-cı tur matçından sonra müəyyənləşib.

Donetsk təmsilçisi Xarkovdakı "Metallist" stadionunda keçirilmiş görüşdə "Zarya"nı məğlub edib - 3:2. Bununla da xallarını 75-ə çatdıran "Şaxtyor" birinci pillədəki yerini təmin edib. İkinci pillədə gedən Kiyev "Dinamo"su liderdən 17 xal geri qalıb. "Zarya" isə 42 xalla 3-cüdür.

Qeyd edək ki, Ukraynada ən çox çempionluğu "Dinamo" (15 dəfə) qazanıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR