Ramil “Jilina”ya qələbə qazandırdı

Millimizin və "Jilina"nın hücumçusu Ramil Şeydayev Slovakiya çempionatında üçüncü qolunu vurub.

Metbuat.az bildirir ki, o, 30-cu turda “Mixalovtse” ilə matçda komandasına qələbə qazandıran yeganə qolu vurub.

"Jilina" - “Mixalovtse”- 1:0

Qol: Ramil Şeydayev, 84 (1:0)

Şeydayev oyunun 74-cü dəqiqəsində meydana daxil olub və 10 dəqiqə sonra hesabı açıb.

Qeyd edək ki, “Jilina” 26-cı turda çempionluğu rəsmiləşdirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR