Ərzurumda Heydər Əliyev Parkı və Azərbaycan prospekti açılacaq

Ərzurumda Heydər Əliyev Parkı və Azərbaycan prospekti açılacaq
01:43 7 May 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfindən bu şəhərdə yeni salınan prospektlərdən birinə Azərbaycan adı veriləcək. Bu prospektin ərazisində yerləşən ən böyük park isə ümummilli lider Heydər Əliyevin adını daşıyacaq.

Publika.az xəbər verir ki, bu münasibətlə mayın 10-da Ərzurum Nəcip Fazıl Kısakürək Mədəniyyət Sarayında geniş toplantı keçiriləcək. Toplantı çərçivəsində ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyatına həsr olunan panel iclası təşkil ediləcək.

Sonra Heydər Əliyev Parkının və Azərbaycan prospektinin rəsmi açılışı olacaq. (AZƏRTAC)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR