“Juventus” 2015-ci ildən bu yana ilk dəfə ölkə çempionatının ev oyununda xal itirib

“Juventus” 2015-ci ildən bu yana ilk dəfə ölkə çempionatının ev oyununda xal itirib
03:12 7 May 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 may. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubu ölkə çempionatının 35-ci turunda son anda “Torino”ya məğlubiyyətdən qaça bilib.
“Report” xəbər verir ki, “Yuventus”un stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Oyunda qolları Adem Lyaiç (52-ci dəqiqə) və Qonsalo İquain (90+2) vurub.
“Yuventus” 23 sentyabr 2015-ci il tarixindən “A” Seriyasının ev oyunlarında xal itirməyib. Həmin zaman turinlilər “Frozinone” ilə heç-heçə (1:1) oynayıblar. O oyundan sonra “Yuventus” ardarda 33 oyun qələbə qazanıb. “Yuve”nin İtaliya çempionatının ev oyunlarında məğlubiyyətsizlik seriyası isə 36 matçdır davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/juventus-2015-ci-ilden-bu-yana-ilk-defe-olke-cempionatinin-ev-oyununda-xal-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR