Paris ətrafında atışma olub, 1 nəfər öldürülüb

Paris ətrafında atışma olub, 1 nəfər öldürülüb
03:27 7 May 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 may. REPORT.AZ/ Parisin qərbində yerləşən Plezir şəhərində yerləşən “Burger King” restoranının dayanacağında baş verən atışma nəticəsində 1 nəfər güllələnərək öldürülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.
Nəşrin məlumatına görə, cani park edilmiş avtomobildə olan kişiyə bir neçə dəfə atəş açıb. O, daha sonra hadisə yerindən qaçıb.
Polis araşdırmalara başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/paris-etrafinda-atisma-olub-1-nefer-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR