Bundesliqada çox şey aydındır

Bundesliqada çox şey aydındır
04:28 7 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Köln” evdə “Verder”i 4:3 hesabıyla məğlub edib.

Ötən turda çempionluğunu rəsmiləşdirən “Bavariya” bu turda artıq aşağı liqaya düşməsi rəsmiləşən “Darmştadt”ı minimal hesabla məğlub edib.

Ümumiyyətlə, Bundesliqanın son turları Avropa Liqasına vəsiqə və yüksək liqada qalmaq uğrunda mübarizə cəhətdən prinsipial olacaq. Belə ki, çempionla yanaşı, Almaniyanı Çempionlar Liqasında təmsil edəcək klubların da adına aydınlıq gəlib.

Bu turda baş tutan “Bnorussiya” D - “Hoffenhaym” matçı Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanmaq baxımından əhəmiyyətli idi. 2:1 hesabıyla qalib gələn Dortmund təmsilçisi turnir cədvəlində "Hoffenhaym"ı geridə qoyaraq, 3-cü pilləyə yüksəlib.

Almaniya Bundesliqası, 32-ci tur

5 may

Köln - Verder 4:3

Qol: Modeste, 13; 47. Bittenkort, 29. Zoller, 44 - Bartels, 35. Selassye, 40. Qnabri, 62.

6 may

Bavariya - Darmştadt 1:0

Qol: Bernat, 18.

Borussiya D - Hoffenhaym 2:1

Qol: Roys, 5. Obameyanq, 83 - Kramariç, 86-pen.

Ayntraxt - Volfsburq 0:2

Qol: Didavi, 48. Qomes, 63.

İnqolştadt - Bayer 1:1

Qol: Kittel, 73 - Haverts, 78.

Borussiya M - Auqsburq 1:1

Qol: Han, 90+4 - Finnboqason, 57.

Herta - Leyptsiq 1:4

Qol: Kxedira, 85-avtoqol - Verner, 12; 54. Selke, 89; 90+2.

7 may

17:30 Hamburq - Maynts
19:30 Frayburq - Şalke


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR