"Real" və "Barsa" rəqiblərinə acımadı - VİDEO

"Real" və "Barsa" rəqiblərinə acımadı - VİDEO
06:18 7 May 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında 36-cı turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Sevilya” evdə “Real Sosyedad”la bacarmayıb - 1:1.

Lider “Barselona” ilə ən yaxın izləyicisi “Real”ı bu turda müxtəlif səviyyəli oyunlar gözləyirdi.

Kataloniyalılar evdə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirən “Vilyarreal”ı böyük hesabla məğlub edib - 4:1.

“Real” isə səfərdə autsayderlər sırasında qərarlaşmış “Qranada”nı 4:0 hesabıyla üstələyib.

İspaniya La Liqası, 36-cı tur

5 may

Sevilya - Real Sosyedad 1:1

Qol: Sarabia, 41 - Vela, 61.

Qırmızı vərəqə: Zurutuza, 79 (Real Sosyedad).

6 may

Sportinq - Las Palmas 1:0

Qol: Karmona, 67.

Atletiko - Eybar 1:0

Qol: Saul Niqes, 70.

Qırmızı vərəqə: Qodin, 90+2 (Atletiko).

Barselona - Vilyarreal 4:1

Qol: Neymar, 21. Messi, 45; 82-pen. Suares, 69 - Bakambu, 32.

Qranada - Real 0:4

Qol: Lukas Vasqes, 3. Xames Rodriqes, 11. Alvaro Morata, 30; 35.

7 may

14:00 Alaves - Atletik
18:15 Valensiya - Osasuna
20:30 Deportivo - Espanyol
22:45 Malaqa - Selta

8 may

22:45 Leqanes - Betis


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR