ABŞ-da polislər məktəblini öldürdülər

ABŞ-da polislər məktəblini öldürdülər
09:05 7 May 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın San Diyeqo şəhərində polis əməkdaşları onlara doğru pnevmatik tapançanı tuşlayan 15 yaşlı yeniyetməni güllələyərək öldürüblər.   

APA-nın "The Sacramento Bee" nəşrinə istinadən verdiyi xəbərə görə, insident məktəb yaxınlığında avtomobil duracağında baş verib. Yeniyetmə polis əməkdaşlarının "silahı yerə qoy" əmrinə məhəl qoymayıb.  

Polislər yeniyetməyə bir neçə dəfə atəş açıblar, sonra isə ilk tibbi yardım göstəriblər. Yaralı xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR