Ardanın "Barsa"dan gedəcəyini sübut edən FOTOFAKT

Ardanın "Barsa"dan gedəcəyini sübut edən   FOTOFAKT
09:07 7 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə açıqlama verən menecer Ahmet Bulut Arda Turanın "Barselona"nı tərk etməyəcəyini deyərək söz-söhbətlərə son qoymuşdu. Lakin onun ötən gün yayılan bir fotosu vəziyyəti yenidən dəyişib.


Fanat.Az xəbər verir ki, ulduz futbolçunun meneceri "İnter" rəsmiləri ilə Monte Karloda görüşüb. Onların görüş zamanı çəkilmiş fotosunu "Tuttosport" yayımlayıb.


"Tuttosport"un iddiasına görə, tərəflər transfer məsələlərini müzakirə edib. Həmçinin bildirilir ki, "İnter" Arda üçün 20 milyon avro ödəmək niyyətində olduğunu Ahmet Bulutun nəzərinə çatdırıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ardann-quotbarsaquotdan-gedcyini-subut-edn-t57916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR