Nigeriyada 82 məktəbli qız terrorçulardan azad edilib

Nigeriyada 82 məktəbli qız terrorçulardan azad edilib
09:27 7 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 may. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında "Boko haram" terror təşkilatı tərəfindən Çibok şəhər liseyindən oğurlanmış ən azı 82 məktəbli qız azad olunub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
"Bəli, 82 qız azad olunub", - deyə agentlik ölkə hökumətindəki mənbənin sözlərini sitat gətirib.
Nigeriya Prezident Administrasiyasının məlumatına görə, məktəblilər bu qruplaşmadan olan bir neçə terrorçunun müqabilində azad ediliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nigeriyada-82-mektebli-qiz-terrorculardan-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR