82 məktəbli qız terrorçulardan azad edildi

82 məktəbli qız terrorçulardan azad edildi
09:32 7 May 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında "Boko haram" terror təşkilatı tərəfindən Çibok şəhər liseyindən oğurlanmış ən azı 82 məktəbli qız azad olunub.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

"Bəli, 82 qız azad olunub", - deyə agentlik ölkə hökumətindəki mənbənin sözlərini sitat gətirib.

Nigeriya Prezident Administrasiyasının məlumatına görə, məktəblilər bu qruplaşmadan olan bir neçə terrorçunun müqabilində azad ediliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR